"Real"dan "Tottenhem"ə keçdi

20:50 - 19 Sentyabr 2020

İngiltərənin "Tottenhem" klubu "Real"ın müdafiəçisi Serxio Reqilonu transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, ispaniyalı futbolçu ilə uzunmüddətli sözləşmə imzalanıb.

 

Bu keçid London klubuna 30 milyon avroya başa gəlib. Madrid təmsilçisi 23 yaşlı futbolçunu 45 milyon avroya geri qaytarmaq hüququna malikdir.

 

Sol cinah müdafiəçisi ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

Xəbər xətti