"Qarabağ"ın rəqibində baş məşqçi dəyişikliyi

Polşanın "Legiya" klubu uğursuz nəticələrə görə baş məşqçisi Aleksandar Vukoviçi istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi Ekstraklasanın 6-cı turunda evdə "Qurnik"ə məğlubiyyətdən sonra bu qərarı verib. Komandanın Çempionlar Liqasında "Omoniya"ya uduzması və çempionata uğursuz başlaması 41 yaşlı bosniyalı mütəxəssisin istefasına səbəb olub.

 

Varşava təmsilçisi yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Çeslav Mixneviç çalışdıracaq. Polşalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 50 yaşlı çalışdırıcı "Lex", "Yagelloniya", "Polonya", "Poqon" kimi Polşa klublarını çalışdırıb. Mixneviç 2017-ci ildən Polşanın U-21 millisinə rəhbərlik edirdi.

 

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

 

Tarix: 21 Sentyabr [22:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio