Aleksandr Sörlot "Leyptsiq"də - rəsmi

"Leyptsiq" İngiltərənin "Kristal Pelas" klubunun hücumçusu Aleksandr Sörlotu transfer edib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid Almaniya klubuna 20 milyon avroya başa gəlib. Daha 2 milyon avro bonuslar şəklində ödəniləəck.

 

Transfer məbləği norveçli futbolçunun ötən mövsüm icarə əsasında çıxış etdiyi "Trabzonspor"la "Kristal Pelas" arasında yarıya bölünüb. Növbəti satışdan "Trabzonspor"a 20 faiz pay düşəcək.

 

"Trabzonspor" Norveç millisinin üzvünü 2019-cu ilin yayında 6 milyon avroluq satın alma şərti ilə 2 illik icarəyə götürmüşdü. Müqavilənin şərti Sörlot bu mövsüm Trabzon təmsilçisində rəsmi oyunların 50 faizində iştirak edəcəyi halda qüvvəyə minəcəkdi. "Bordo-mavililər" müqaviləyə xitam vermək üçün transfer məbləğinin yarısını istəyib və London klubu ilə razılaşıb.

 

Hücumçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.

Tarix: 22 Sentyabr [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio