Klennon Azərbaycana qayıtmaq istəyir

Yamaykanın "Hambl Lions" klubunda çıxış edən "Keşlə"nin keçmiş futbolçusu Andre Klennon ölkəmizdən təklif aldığını deyib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu danışıqlar apardığını deyib:

 

"Planım yenidən ölkə xaricinə getmək və ən yüksək səviyyədə oynamaqdır. Türkiyə, İran və ya Azərbaycanda oynamaq istəyirəm. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqlar aparır. Koronavirusa görə hər şeyin yoluna düşməsini gözləyirəm, xaricdə oynamaq həmişə mənim ilk seçimimdir"

 

Klennon 2018-ci ilin yanvarında 2019-cu ilin mayına qədər "Keşlə"də çıxış edib. O, Azərbaycan çempionatında keçirdiyi 27 oyuna 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Tarix: 23 Sentyabr [11:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio