"Barselona" "Ayaks"ın futbolçusunu transfer etdi

13:48 - 27 Sentyabr 2020

"Barselona" "Ayaks"ın müdafiəçisi Serjino Desti transfer edib.

 

Sportal.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, katalonlar 19 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün 25 milyon avro təzminat ödəyib. ABŞ millisinin üzvü ilə 5 illik razılıq əldə edilib.

 

"Ayaks"ın yetirməsi ötən mövsüm keçirdiyi 36 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbər xətti