"Oyun Bakıda olsaydı, “Qarabağ” aşkar favorit olardı" - Yakub Jezniçak

“Qarabağ” və "Legiya"nın keçmiş futbolçusu Yakub Jezniçak açıqlama verib.

 

Sportal.az "przegladsportowy.pl" saytına istinadla xəbər verir ki, hazırda “Visla”da (Plotsk) çıxış edən polşalı müdafiəçi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” – “Qarabağ” matçından da danışıb:

 

“Qarabağ”ın UEFA əmsalı daha çoxdur. Azərbaycanlılar son illərdə avrokuboklarda uğurlu çıxış edirlər. Bu komandada olmaqdan məmnun idim. Heyətin əksəriyyəti Azərbaycandan olan futbolçulardır və onlar da avrokuboklarda çıxış edib. “Qarabağ”ın oyunçuları “Legiya”nın futbolçularından daha təcrübəlidirlər. Yerli futbolçuların yanında güclü əcnəbilər də var.

 

Donald Gerye pasport problemi yaşadığı üçün bura gəlməyəcək. Düşünürəm ki, indiki əcnəbilər mən birgə oynadıqlarımdan bir az zəifdirlər. Amma bu, tamamilə zəif olduqlarını ifadə etmir. Bu, “Legiya” üçün bir fürsət ola bilər. Qarşılaşmanın Polşada olması da varşavalılar üçün üstünlükdür. Oyun Bakıda olsaydı, “Qarabağ” aşkar favorit olardı, amma indi şanslar bərabərdir.

 

“Qarabağ” indi yaxşı vəziyyətdə deyil. “Neftçi”yə məğlub oldular, son oyunda da əlavə vaxtlarda vurduqları qolla meydandan bir xalla ayrıldılar. Baş məşqçi Qurban Qurbanov nəticədən və komandadan razı qalmamışdı. Açığı, buraxılan qol sayına təəccüblənirəm. Çünki hər zaman “Qarabağ”ın yaxşı müdafiəçiləri olurdu, amma indi son iki oyunda 3 qol buraxıblar”.

 

Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Sabah keçiriləcək “Legiya” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq.

Tarix: 30 Sentyabr [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio