"Liverpul"da van Dayk şoku: əməliyyat olunacaq

23:48 - 18 Oktyabr 2020

"Liverpul"un futbolçusu Vircil van Dayk əməliyyat olunacaq.

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının V turunda "Everton"la qarşılaşmada (2:2) rəqib qapıçı Cordan Pikfordla toqquşma zamanı xəsarət alan niderlandlı müdafiəçinin çarpaz bağları qırılıb. Bu səbəbdən o, dizindən əməliyyat olunacaq.

Van Daykın yaşıl meydanlara nə zaman dönəcəyi barədə məlumat yoxdu.

Xəbər xətti