Çempionlar Liqasının tarixinə düşdü

12:57 - 21 Oktyabr 2020

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının tarixinə düşüb.

Sportal.az xəbər verir ki, ötən gün komandasını "Yuventus" qarşısına çıxaran 75 yaşlı mütəxəssis turnirin tarixinin ən yaşlı baş məşqçisi olub. O, bu göstəricidə "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkesin rekordunu (72 yaş) yeniləyib.

"Dinamo" - "Yuventus" görüşü italyanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti