Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər

10:35 - 22 Oktyabr 2020

UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Sportal.az xəbər verir ki, Alvaro Morata ("Yuventus"), Kinqsli Koman ("Bavariya"), Tete ("Şaxtyor" Donetsk) və Anxelinyo ("Leyptsiq") bu ad uğrunda mübarizə aparır.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək həftənin ən yaxşı oyunçusunu seçəcək.

Xəbər xətti