Qurban Qurbanov: "Başqa yolumuz yoxdu"

20:32 - 25 Oktyabr 2020

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VII turunda "Zirə" ilə matçdan (0:0) sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, təcrübəli mtəxəssis deyib:

"Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Yorğunluq yox idi. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdu. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməliyik".

Xəbər xətti