"Qarabağ"ın rəqibi liderliyi əldən verdi

23:06 - 25 Oktyabr 2020

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" İspaniya çempionatında növbəti oyununu keçirib. 

Sportal.az xəbər verir ki, "sarı sualtı qayıq" VII turda səfərdə "Kadis"lə qolsuz heç-heçəyə razılaşıb. Xalını 12-ə çatdıran Unay Emerinin komandası hazırda 2-ci sıradadı. Komanda qələbə qazanacağı təqdirdə "Real"ı geridə qoya və ötən tur əldə etdiyi liderliyi qoruya bilərdi.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turunda oktyabrın 29-u "Vilyarreal"la qarşılaşacaq. Dağlıq Qarabağdakı gərgin vəziyyətlə əlaqədar UEFA-nın Azərbaycanda beynəlxalq görüşlər keçirməsinə qadağa qoyması səbəbindən matç Bakıda yox, İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Xəbər xətti