“Qarabağ” – “Vilyarreal”: faktlar

12:41 - 27 Oktyabr 2020

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunundan yazıb...

Əvvəlki görüşlər

- “Qarabağ” avrokuboklarda İspaniya klublarına qalib gələ bilməyib. Komanda Çempionlar Liqasının 2017/18 mövsümünün qrup mərhələsində “Atletiko” ilə iki heç-heçə edib (0:0, 1:1), ötən mövsüm isə Avropa Liqasının qrupunda “Sevilya”ya hər iki görüşdə məğlub olub (0:3, 0:2).

- “Vilyarreal” daha əvvəl Azərbaycan klubları ilə üz-üzə gəlməyib.

“Qarabağ”

- “Qarabağ” 2019/20 mövsümündə ardıcıl 7-ci, ümumilikdə 8-ci Azərbaycan çempionluğunu qazandı. Mövsüm təxirə salınanda komanda ən yaxın izləyicisi “Neftçi”ni 8 xal qabaqlayırdı.

- Azərbaycan klubunun 6-cı qrup mövsümü də digərləri kimi payızda sona çatdı. Ötən sezon komanda qrupda 3-cü sıranı tutdu.

- “Qarabağ” 2019/20 mövsümündə olduğu kimi yenə yoluna Çempionlar Liqasının I təsnifat mərhələsində başladı, ancaq III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qolsuz başa çatan görüşün penaltilər seriyasında məğlub oldu. Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sı ilə üz-üzə gələn komanda 3:0 hesablı qələbə ilə bunu kompensasiya edə bildi.

- “Qarabağ” avrokuboklarda son 10 ev oyununda qələbə qazana bilməyib. Bunların 7-də uduzan komanda 3 dəfə heç-heçə edib: “Atletiko”ya qarşı 2017/18 Çempionlar Liqasında (0:0) və ötən mövsüm APOEL-lə (2:2) “Düdelanj”a (1:1) qarşı matçlarda. Komanda qitəmiqyaslı yarışlarda son ev qələbəsini Avropa Liqasında 2016/17 mövsümünün qrup mərhələsinin III turunda PAOK üzərində qazanıb – 2:0.

“Vilyarreal”

- La Liqada 5-ci olan komanda bir mövsüm sonra yenidən avrokuboklara qayıtdı. Onlar turnirdə 8-ci dəfə qrup iştirakçısı oldular.
- İspaniya klubu əvvəlki 7 cəhdin hamısında qrupu ilk iki sıranın birində bitirib. Komanda ən yaxşı nəticələrini 2010/11 və 2015/16 mövsümlərində göstərib – yarımfinal oynamaqla.

- “Vilyarreal” Avropa Liqasının qrup mərhələsində son 11 səfər matçında məğlub olmayıb. Bu görüşlərdin 8-də qalib gələn komanda 3 dəfə heç-heçə edib. “Sarı sualtı qayıq” son yenilgisini 2015/16 mövsümünün I turunda Vyanada “Rapid”lə qarşılaşmada alıb (1:2). 2018/19 mövsümünün qrup mərhələsində isə “Vilyarreal” hər 3 səfər matçını heç-heçə ilə başa vuruib.

Əlaqələr və digər məlumatlar

- 2019-cu ildə “Kordoba”dan “Qarabağ”a keçən ispaniyalı Xayme Romero “Osasuna”a çıxış etdiyi zaman “Vilyarreal”a qarşı forma geyinib. 2016-cı ilin sentyabrında baş tutan həmin qarşılaşmada Xaymenin komandası 1:3 hesabı ilə məğlub olub.

- “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu da İspaniyada oynayıb. Ancaq o, heç vaxt La Liqada forma geyinmək şansına sahib olmayıb.

- “Vilyarreal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasında ən çox oyun keçirən çalışdırıcıdı – 80. “Sevilya”ya 3 dəfə bu kuboku qazandıran mütəxəssis həmçinin ötən mövsüm “Arsenal”ı çalışdırarkən Bakıda finalı məğlub başa vurmuşdu. Bundan başqa o, qrup mərhələsində “topçular”ın “sükanı arxası”nda “Qarabağ”a iki dəfə qalib gələ bilib (3:0, 1:0)

Xəbər xətti