Elçin Rəhmanov: "Ümid edirik ki, yaxın gələcəkdə oyunlarımızı "İmarət"də keçirəcəyik"

18:40 - 29 Noyabr 2020

"Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının XI turunda "Səbail"ə qarşı səfər oyununu şərh edib.

Sportal.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

"Oyunun ağır keçəcəyini bilirdik. Sıx qrafik və süni meydança amili var idi. Bu gün 1 xal qazandıq. Dünən də səfərdə idik, yorğunluq oldu. Amma Ağdamın alınmasına görə böyük bir tədbir keçirildi. Bizim də orada olmağımız vacib idi. Ümid edirik ki, yaxın gələcəkdə oyunlarımızı "İmarət"də keçirəcəyik.

Zədəlilərimiz var. Abbas Hüseynov Türkiyədədi. Bədavi Hüseynov məşqlərdə iştirak edir. Rahil Məmmədovla Maksim Medvedev hələ ki, ölkə xaricindədilər. Sabah test verəcəklər. Ondan sonra məsələyə aydınlıq gələcək".

Xəbər xətti