Namiqdən məhsuldarlıq rekordu

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının bombardiri olan Namiq Ələsgərov 8 qol vurub.

 

Sportal.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi 8 komandanın mübarizə apardığı çempionatlarda qış fasiləsinə qədər ən çox qola imza atan yerli futbolçu olub.

 

2016/17 mövsümündən indiki formatda keçirilən yarışda yalnız bir dəfə fasiləyədək daha çox qol vuran oyunçuya təsadüf olunub. Bu, 3 il əvvəl “Qəbələ”də 9 qola imza atan Baqali Dabodur. Yalnız fransalıdan geri qalan Namiq yerli futbolçular arasında ən yüksək göstəriciyə nail olub. O, iki mövsümdə 7, bir dəfə 6 qolla ilk bölümü tamamlayan Mahir Emrelinin nəticəsini arxada qoyub.

Tarix: 13 Yanvar [11:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2021
19  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio