Ozan Can Kökçü Niderland klubunu seçməsindən danışdı

“Sabah” klubu futbolçusu Ozan Can Kökçünü Niderlandın “Telstar” klubuna icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı “Sabah”ın mətbuat xidmətinə fikirlərini bildirib:

 

“Bu təklifə müsbət cavab verməyimə əsas səbəb özümü Avropada sınamaq, Azərbaycanı və “Sabah”ı Avropada ən yaxşı şəkildə təmsil etmək istəyimdir. “Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram. Mənə daim dəstək olan “Sabah” ailəsinə təşəkkür edirəm. Burada olmadığım müddətdə də komandamı yaxından izləyəcəm. Doğma klubuma uğurlar diləyirəm”.

 

Ozan mövsümün sonuna qədər “Telstar”da çıxış edəcək. Komanda Niderlandın 2-ci liqasında mübarizə aparır.

Tarix: 13 Yanvar [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2021
19  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio