İspaniya Super kubokunun sahibi müəyyənləşdi - VİDEO

11:53 - 18 Yanvar 2021

İspaniya Super kubokunun qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, həlledici görüşdə “Barselona” və “Atletik” komandaları üz-üzə gəliblər. Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.

 

Əlavə edilmiş vaxtda daha bir qol vuran “Atletik” turnirin qalibi olub. Bilbao təmsilçisi tarixində 3-cü dəfə İspaniya Super kubokunu qazanıb.

 

"Barselona" - "Atletik" - 2:3

Qollar: Antuan Qrizmann, 40, 77 - Oskar de Markos, 42, Asyer Vilyalibre, 90, İnaki Uilyams, 94.

Qırmızı vərəqə: Lionel Messi, 120 ("Barselona")

 

Xəbər xətti