İtaliyanın "Milan" klubu xorvatiyalı hücumçu Mario Mancukiçi heyətinə qatıb.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" 34 yaşlı hücumçu ilə 6 ay + 1 illik müqavilə imzalayıb. Təcrübəli futbolçu komandada 9 nömrəli formada çıxış edəcək.
Mancukiç 2020-ci ilin yayından klubsuz idi. Xorvatiya millisinin keçmiş üzvü "Dinamo" (Zaqreb), "Volfsburq", "Bayern" (Münhen), "Atletiko" və "Yuventus" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi