"Sumqayıt"dan ayrılan futbolçu: "Bakıya yük gəmisi ilə getmişdim" - MÜSAHİBƏ

"Sumqayıt"dan ayrılan qazaxıstanlı futbolçu Kərəm Sultanov sports.kz saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı müdafiəçi klubdan ayrılması barədə danışıb:

 

- Yeni ildən sonra Qazaxıstana getmək problemli idi. Çünki həm bizdə, həm də Azərbaycanda məhdudiyyətlər var. Klubdan dedilər ki, problemi yerindəcə özün həll et. Mən necə həll edim?! Müəyyən vaxtdan sonra isə müqaviləni ləğv etməyi təklif etdilər.

 

- Klubla iki illik müqaviləniz var idi. Bəs ayrılığa görə təzminat ödənildi?

- Xeyr, təzminat məsələsi olmadı. Heç kimin heç kimə borcu yoxdur.

 

- Azərbaycan mediası bütün məsələnin artıq çəki ilə bağlı problemlərinizdə olduğunu yazır. Gönürür ki, belə deyil?

- Xeyr, bu şəkildə deyil. Ümumiyyətlə, orqanizmimdə belə bir şey var - sürətlə kökəlirəm. Burada  koronavirusun yaratdığı problemin rolu da vardı. Ancaq Azərbaycana gəlib normal məşqlərə başlayan kimi dərhal çəki atdım.

 

- Azərbaycan mətbuatında Bakıya yük gəmisi ilə getdiyiniz yazılıb. Həqiqətən belə olub?

- Bəli, Aktaudan səfərə çıxdım və 2 gün yol getdim. İndi də eyni şeyi etməyə hazır idim. Amma mənə dedilər ki, bütün məsələləri özün həll et. Yoxladım, amma alınmırdı. Klub açıqlama verməli idi. Ondan sonra təyyarə ilə də uçmaq olardı. Lakin həmin açıqlama olmadı. Sonda komandadan ayrılmağa qərar verdim. Özümə qarşı münasibətdən məyus oldum.

 

- Ümumiyyətlə, Azərbaycanda özünü legioner kimi hiss etmək necədir?  

- Orada özümü əcnəbi kimi hiss etmirdim.

 

- Azərbaycan çempionatı sizdə hansı təəssürat yaratdı? Ölkənin özünü necə, sevdiniz?

- Azərbaycan futbolunun səviyyəsi bizimkindən fərqlənmir. Hətta Qazaxıstandan da yaxşıdır. Daha yaxşı şəraitləri var - meydançalar və s. Ölkə yaxşıdır, insanlar mehribandır. Dilimiz də oxşardır. Danışmaq biraz çətin olsa da, hər şeyi başa düşürdüm. Ancaq komanda rus dilində danışmırdı.

 

- Hazırda karyeranızla bağlı hansı seçimləriniz var?

- Ölkə xaricindən təkliflər var, amma hələlik ölkələrin adını çəkə bilmərəm. Agentlər çox yazırlar, amma dəqiq və ya rəsmi nəsə yoxdur.

Tarix: 20 Yanvar [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2021
24  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio