Ayxan Abbasov: "Qarabağ"a qarşı da uğurlu çıxış etməyə çalışacağıq"

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində “Səbail”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəlib, mərhələ adladıqları oyunla bağlı bunu deyib:

 

“Kubok fərqli ab-havada keçir. İlk oyundakı məğlubiyyət işimizi çətinləşdirirdi. Futbolçlar ilk 25 dəqiqədə bütün tapşırıqları yerinə yetirdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq. İlk oyunla müqayisədə taktiki dəyişiklər etmişdik. Cabir Əmirli və Dmitri Nağıyev cinahlarda ilk hissədə daha fəal idilər. Nağıyev hücumda daha uğurlu ola bilərdi. Ancaq fikrimcə, müdafiədə yaxşı oynadı. Yarımfinalda “Qarabağ”la qarşılaşacağıq. Amma indi komandanı çempionat oyununa hazırlamalıyıq. “Qarabağ”ın gücü hər kəsə məlumdur. Ancaq onlara qarşı da uğurlu çıxış etməyə çalışacağıq. Bunun üçün nələrsə fikirləşəcəyik”.

Tarix: 6 Fevral [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8 Mart 2021
7  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio