"Liverpul"un keçmiş futbolçusu Argentina klubunda

“Liverpul”un və Argentina yığmasının sabiq futbolçusu Emiliano İnsua karyerasını Argentinada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Aldosivi” klubuna keçib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

İnsua daha əvvəl İngiltərədə “Liverpul”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Atletiko”, “Rayo Valyekano”, Almaniyada “Ştutqart”da çıxış edib. Müdafiəçinin son klubu isə ABŞ-ın “Los Anceles Qalaksi” komandası olub.

Tarix: 15 Fevral [15:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Aprel 2021
13  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio