Di Françesko istefaya göndərildi

21:45 - 22 Fevral 2021

İtaliyanın “Kalyari” klubu baş məşqçi Eusebio Di Françeskonu istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, A Seriya təmsilçisi 51 yaşlı mütəxəssislə müqaviləyə xitam verib.

 

Di Françesko “Kalyari”ni ötən ilin avqustundan çalışdırırdı. Komanda onun rəhbərliyi altında çempionatda 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti