Sampaolinin yeni iş yeri açıqlandı

Fransanın "Marsel" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq. Argentinalı mütəxəssislə 2023-cü ilin iyunun 30-dək müqavilə imzalanıb.

 

O, bu vəzifədə Andre Villaş-Boaşı əvəzləyib.

 

Argentina və Çili yığmalarının keçmiş baş məşqçisi "Santos" və "Sevilya"nı da çalışdırıb. Onun son iş yeri Braziliyanın “Atletiko Mineyro” klubu olub.

Tarix: 27 Fevral [00:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio