35 yaşlı hücumçu ilə 3 illik müqavilə

12:51 - 27 Fevral 2021

Meksikanın "Tiqres" klubu hücumçusu Andre-Pyer Jinyakın müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, fransalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

35 yaşlı oyunçu 2015-ci ildə "Marsel"dən ayrıldıqdan sonra Meksika klubunda forma geyinir. O, komandada keçirdiyi 250 oyunda 147 qol vurub.

Xəbər xətti