İbrahim Qədirzadə Gürcüstan klubunda debüt etdi

09:27 - 1 Mart 2021

Gürcüstanda yeni futbol mövsümü start götürüb.

 

Sportal.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtredia” səfərdə “Telavi” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

 

İbrahim 68-ci dəqiqədə meydana daxil olub.

 

21 yaşlı yarımmüdafiəçi qışda Gürcüstan təmsilçisinə keçib. O, bu matçda yeni komandasında rəsmi debüt edib.

Xəbər xətti