Azad Rəhimovun səhhəti necədir? - Nazir müavinindən açıqlama

14:10 - 1 Mart 2021

Sportal.az xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev nazir Azad Rəhimovun səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.

 

İ.Babayev APA-ya açıqlamasında bildirib ki, Azad Rəhimovun vəziyyəti hazırda yaxşılaşmağa doğru gedir:

 

"Hər gün nazirlə birbaşa əlaqə saxlayırıq. Bütün lazımi tapşırıqlar verilir. Ümid edirik ki, tezliklə müalicə tam bitəcək və nazir işinin başına dönəcək".

Xəbər xətti