"Bu gün səfərdəkindən daha yaxşı oynamalıyıq"

12:53 - 29 İyul 2021

“İlk oyunda “Soçi”nin səviyyəli olmasına görə uduzduq. Heyətində çox yaxşı futbolçular çıxış edir. Bakıdakı oyunda da yaxşı oynamağa çalışacağıq”.


Bu sözləri Sportal.az saytına açıqlamasında “Keşlə”nin müdafiəçisi Miyuşko Boyoviç deyib.

 

Ölkə kubokunun sahibi “Keşlə” bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşasında “Soçi”ni qəbul edəcək. Paytaxt təmsilçisi bugünki matçda sona qədər mübarizəsini aparacaq.

 

Komandanın monteneqrolu futbolçusu belə deyib: “Hazırlaşmışıq. Bugünki oyunda səfərdəki oyundan daha yaxşı oynamalıyıq. Bizim üçün hər bir oyunçu vacibdi. “Soçi” matçı asan olmayacaq. İstənilən halda sona qədər oynayacağıq".

 

Xəbər xətti