Türkiyə millisinə lazım olmasa, Azərbaycan yığmasında oynayacaq

13:18 - 29 İyul 2021

Türkiyənin U-21 milli komandasının müdafiəçisi Emre Kaplanın yenidən Azərbaycan yığmasında oynamaq ehtimalı ortaya çıxıb.

 

Sportal.az saytının məlumatına görə, Azərbaycanın U-19 və U-21 yığma komandasında oynadıqdan sonra yığmadan imtina edərək Türkiyə millisini seçən müdafiəçi may ayında qardaş ölkənin U-21 yığmasına dəvət edilmişdi.

 

Aldığımız məlumata görə, 20 yaşlı müdafiəçi Türkiyənin əsas millisinə cəlb edilməzsə, Azərbaycanın əsas milli komandasına cəlb edilə bilər. Şenol Günəş yaxından izlədiyi müdafiəçiyə ehtiyac duymayacağı təqdirdə, o, yaxın illərdə Azərbaycanın əsas millisinə cəlb edilə bilər.


“Ankaragücü” yetirməsi olan müdafiəçi “Başakşəhir”ə məxsus olsa da, ötən mövsümü “Bodrumspor”da icarə əsasında keçirib.

 

Xəbər xətti