"Real" milli üzvü ilə yeni müqavilə imzaladı

16:03 - 29 İyul 2021

İspaniyanın "Real" klubunda yeni müqavilə imzalanıb. 

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi müdafiəçi Dani Karvahalın sözləşməsini uzadıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, İspaniya millisinin üzvü ilə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Karvahal "Real"ın yetirməsidir. 29 yaşlı müdafiəçi 2013-cü ildən "kral klubu"nun əsas komandasında çıxış edir. O, 2012-2013-cü il mövsümünü icarə əsasında Almaniyanın "Bayer Leverkuzen"də keçirib.

Xəbər xətti