"Fənərbaxça" yeni transferini icarəyə verdi

00:27 - 9 Sentyabr 2021

"Fənərbaxça" yeni transferi Stiven Kokeri icarəyə verib.

 

Sportal.az xəbər verir ki, ingilis müdafiəçi karyerasını Türkiyənin digər təmsilçisi "Qaziantep"də davam etdirəcək. 29 yaşlı oyunçu ilə 1 illik icarə müqavilə imzalanıb.

 

Koker yayda "Alanyaspor"dan "Fənərbaxça"ya keçmişdi. O, "Tottenhem", "Liverpul", "Sauthempton", KPR, "Suonsi Siti" kimi klublarda çıxış edib.

Xəbər xətti