Vüsal İsgəndərli oynadı, komandası "Samsunspor"a uduzdu

Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" də növbəti oyununa çıxıb. Ankara təmsilçisi səfərdə "Samsunspor"un qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Vüsal İsgəndərli bu qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

 

4 turdan sonra aktivində 4 xal olan "Keçiörengücü" turnir cədvəlinin 10-cu pilləsindədi.

Tarix: 13 Sentyabr [11:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio