Yeni transfer "Real"ın tarixinə düşdü

İspaniya La Liqasının IV turunda “Real” evdə “Selta”nı 5:2 hesabı ilə darmadağın edib.

Sportal.az xəbər verir ki, madridlilərin 4-cü qolunu komandanın yeni transferi Eduard Kamavinqa vurub. Kamavinqa vurduğu qolla “Real”ın son 20 illik tarixinə debüt matçında fərqlənən 2-ci ən gənc kimi tarixə keçib. Fransalı 18 yaş 306 günlüyündə “kral klubu”nda fərqlənib.

"Real"da debüt matçındaca qol vurmuş ən gənc futbolçu isə Rodriqodu. O, 2019-cu ildə 18 yaş, 259 günlüyündə meydana çıxdığı ilk oyunda "Real"da qol hesabını aça bilmişdi.

Tarix: 14 Sentyabr [10:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio