Samir Abasov: "Rəqiblər "Neftçi"yə qarşı oynayanda daha stimullu olurlar"

17:22 - 23 Sentyabr 2021

"Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasına açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis komandanın son durumu, 5-ci turda keçiriləcək "Sabah"la oyunun hazırlıqları barədə danışıb:

 

"Hazırlıq plan üzrə gedir. Harramiz Suares xaric hər şey qaydasındadı. Həm biz, həm də rəqib uduzmaq istəmir. Maraqlı oyun olacağını düşünürəm. Rəqibimizin qələbəsi yoxdu. "Sabah" bu oyunda qalib gəlmək üçün əlindən gələni edəcək. Rəqiblər "Neftçi"yə qarşı oynayanda daha stimullu olurlar. Biz də buna hazırıq. Əsas odu ki, heyətimiz tamdı. Ən yaxşı hazır olanlar "Sabah"la matçda meydanda olacaq. 

 

Sezar Meza Kolli yaxşıdı, bizimlə birlikdə məşq edir. Özü də həddindən artıq həvəslidi. Harramiz Suares sabah komandaya qoşula bilər. 

 

Yeni transferlərin 90 dəqiqə oynamağa hazır olduqlarını deməzdim. Meydana buraxanda onları çox yükləyirik ki, oyunla forma yığsınlar. Çox peşəkar oyunçulardı, özləri də çox çalışırlar. İnanıram ki, tezliklə formaya düşəcəklər.

 

Biz gərgin oyun olmasını istəmirik. "Sabah"ın qələbəsi yoxdu, çalışacaqlar bunu aradan götürsünlər. Biz buna hazırıq. Rəqibdə hansı problemlərin olmağının bizə ümumiyyətlə aidiyyatı yoxdu. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Bəli, gərginlik gözləyirik. Meydandan kənardakı neqativ gərginliklərin içində olmaq istəmirik. Bunu aradan götürmək istəyirik. Ötən mövsüm başımıza gəlmişdi. İnşallah təmiz, ədalətli oyunla qalib gələrik.

 

Beynimizdə ilk 11-lik var. Sadəcə oyuna 2-3 gün qalıb. Hər şey baş verə bilər. Hətta ola bilər ki, sistemi belə dəyişək. Əsas odu ki, bu oyuna tam hazırıq".

Xəbər xətti