"Sumqayıt"dan 300-cü qol

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub.

 

Sportal.az xəbər verir ki, 2011/12 mövsümündən yüksək dəstədə çıxış edən “Gənclik şəhəri” təmsilçisinin yubileyi “Neftçi” ilə oyuna təsadüf edib. Premyer Liqanın VII turunun 1:1 hesabı ilə başa çatan matçında meydan sahiblərinin yubiley qoluna Murad Xaçayev imza atıb.

 

300-cü qol komandanın 307-ci oyununa təsadüf edib. Orta məhsuldarlıq 0,98-ə bərabərdir.
Qeyd edək ki, əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edən klub ölkə çempionatları tarixində 300 və daha çox qol vuran 13-cü komandadır.

 

1-ci qol - Eşqin Quliyev

2011/12 mövsümü

06.08.2011. "Xəzər Lənkəran” – "Sumqayıt Şəhər” 2:1

 

100-cü qol – Orxan Əliyev

2014/15 mövsümü

14.12.2014. "Neftçi” – "Sumqayıt” 3:2

 

200-cü qol – Cavid İmamverdiyev

2017/18 mövsümü

02.12.2017. "Kəpəz” – "Sumqayıt” 0:3

 

300-cü qol - Murad Xaçayev

2021/22 mövsümü

17.10.2021. “Sumqayıt” – “Neftçi” – 1:1

Tarix: 18 Oktyabr [12:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 Dekabr 2021
5  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio