"Zirə" şimali makedoniyalı yarımmüdafiəçi ilə yollarını ayırdı

13:28 - 25 Noyabr 2021

"Zirə" futbolçusu Georgi Stoilovla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Şimali Makedoniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

"Zirə" PFK  göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

 

Xatırladaq ki,  25 yaşlı futbolçu ilə bu ilin avqustunda 2+1 illik müqavilə imzalanmışdı.

Xəbər xətti