İsveçdə çempionun adı bəlli oldu - VİDEO

13:48 - 5 Dekabr 2021

İsveçdə ölkə çempionunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Malmö" 30-cu turda evdə "Halmstad”la (0:0) bərabərə qalıb. 

Aktivindəki xalların sayını 59-a çatdıran eyniadlı şəhərin təmsilçisi çempionluğu bayram edib. Əslində, AİK də 59 xala malik idi. Ancaq şəxsi oyunlarda AİK-dən üstün olduğuna görə "Malmö"yə son matçda bərabərlik də yetərli olub.

"Malmö" tarixində 22-ci dəfə İsveç çempionu olub.

Xəbər xətti