"Qarabağ"ın futbolçusu "Beşiktaş"ın baş məşqçisi ilə görüşdü - FOTO

17:37 - 24 Yanvar 2022

“Qarabağ” və Azərbaycan millisinin üzvü Qara Qarayev sosial şəbəkədə “Beşiktaş”ın baş məşqçisi ilə fotosunu paylaşıb.

Sportal.az xəbər verir ki, Qarayev “ağ-qaralar”ın çalışdırıcısı Önder Karaveli ilə görüşüb.

Hazırda Türkiyə klubunun baş məşqçisi kimi fəaliyyət göstərən 47 yaşlı mütəxəssis Azərbaycanda çalışıb. 

O, 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

Xəbər xətti