Almaniya millisinin üzvü rəsmən "İnter"də

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Atalanta"dan Robin Qosensi rənglərinə bağlayıb. Almaniya millisinin üzvü 1,5 illik icarəyə götürülüb. Müqaviləyə əsasən "İnter" 25 milyon avro ödəməklə 27 yaşlı müdafiəçini məcburi satıl almaq hüququna sahibdir.

 

Təcrübəli sol cinah müdafiəçisi "İnter"də 18 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Robin Qosens 2017-ci ildən "Atalanta"da çıxış edirdi. O, Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 157 matçda 29 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 28 Yanvar [11:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio