"Barselona"nın prezidenti: "Mbappe 50 milyon avro maaş istəyir"

13:44 - 18 May 2022

"Barselona"nın prezidenti Xoan Laporta mövsümün sonunda PSJ-dən ayrılması gözlənilən Kilian Mbappe haqda danışıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri fransalı forvardın onlardan 50 milyon avro maaş tələb etdiyini bildirib:

 

"Mbappe 50 milyon avro maaş istəyir. O, çox yaxşı oyunçudur, amma Çempionlar Liqasının qalibi olmayıb. Bunu da nəzərə almaq lazımdır. Ona bu qədər pul ödəmək "Barselona"da forma geyən və futbol dümyasında örnək olan futbolçulara qarşı təhqir olar".

Xəbər xətti