Bölgə klubunun legioneri hakimlikdən narazı qaldı - FOTO

22:18 - 18 May 2022

"Şamaxı"nın legioneri Felipe Santos instaqram hesabında Premyer Liqanın 27-ci turunun "Qəbələ" ilə oyunundan paylaşım edib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu 0:1 uduzduqları oyunda Nicat Mehbalıyevlə təkbətək qaldığı və yerdə qaldığı epizodu instaqram hesabında paylaşaraq kinayəli şəkildə AFFA-ya hakim idarəçiliyinə görə təşəkkür edib: 

"Bu cür hakim idarəçiliyinə görə sizi təbrik edirəm".

Xatırladaq ki, Santos görüşün baş hakimi Elçin Məsiyevdən penalti tələb etsə də, o, davam işarəsi vermişdi.

Xəbər xətti