"Real" onu icarəyə göndərdi

11:43 - 19 Avqust 2022

"Real" yarımmüdafiəçisi Antonio Blankonu icarəyə verib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubu 22 yaşlı futbolçunu "Kadis"ə icarəyə göndərib.

Blanko 2023-cü ilin yayına kimi “Kadis”də forma geyinəcək. 

O, "Real”ın yetirməsidir və əsas komandada 6 oyun keçirib. O, ötən il İspaniya millisində də 1 oyuna çıxıb.

Xəbər xətti