Millimiz Qazaxıstanı qələbəsiz tərk edir

17:40 - 20 Sentyabr 2022

Aktauda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün Qazaxıstan yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.

Sportal.az xəbər verir ki, matç yığmamızın 5:6 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, dünən komandalar arasında baş tutan ilk oyunda qazaxlar 5:3 hesablı qələbə qazanıb.

Xəbər xətti