"Qarabağ"ın müdafiəçisi ən yaxşılar sırasındadı

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında özünə yer edib.

Sportal.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun 25 yaşlı müdafiəçisi iki matçda 8 dəfə bunu edə bilib. Mustafazadə qeyd edilən göstəriciyə görə 3-5-ci yerlərdədi.

Birinci pillədə isə "Qarabağ"ın qrupdakı rəqibi olan "Nant"ın üzvü Nikolya Palluadı. “Ferentsvaroş”un üzvü Sami Mmae isə ikinci pillədədi. 

 

Tarix: 22 Sentyabr [15:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio