Belçika klubunun üzvləri Azərbaycan millisində

19:48 - 4 Oktyabr 2022

Bakıda təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisinin heyətinə daha 2 futzalçı dəvət olunub.

 

Sportal.az xəbər verir ki, karyerasını Belçikanın “Beşiktaş Gent” klubunda davam etdirən Xətai Bağırov və İsa Atayev sabah komandanın hazırlığına qoşulacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında Polşa yığması ilə qarşılaşacaq. Bu matçdan 4 gün sonra komandamız Afinada Yunanıstan millisi ilə üz-üzə gələcək.

Xəbər xətti