Qurban Qurbanov: "Qapıçılarla aktiv danışıqlar gedir"

13:11 - 31 Yanvar 2023

"Əlavə bir oyunçu ilə danışıqlar gedir. Üç transferi artıq etmişik. Transfer alınarsa, bir meydan oyunçusu gətirəcəyik. Daha çox qapıçılarla aktiv danışıqlar gedir. Əfsuslar olsun ki, istədiyimiz kimi irəiləyiş yoxdur. Amma son günə qədər danışıqlar davam edəcək".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında bildirib.

Təcrübəli mütəxəssis bir müddətdir ki, gündəmdə olan Andrey Lunyovun mümkün transfer xəbərinə aydınlıq gətirib: "Bu məsələnin üzərinə çox ciddi düşmüşdük. Sonda danışıqlarımızı dayandırdıq. Siyahıda futbolçu çoxdur. Qapıçı gətirmək üçün hər yönə əl atmışıq. Qarşıdakı günləri gözləyəcəyik".

Mirbağırağa

 

Xəbər xətti