İspan müdafiəçi "Tottenhem"də

11:50 - 1 Fevral 2023

İngiltərənin "Tottenhem" klubu transfer pəncərəsinin son günündə heyətinə yeni futbolçu qatıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Sportinq"dən Pedro Porronu transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

"Tottenhem" ispaniyalı sağ cinah müdafiəçisini mövsümün sonuna kimi icarəyə götürüb. İngilislər yayda 45 milyon avro ödəyərək 23 yaşlı futbolçunu birdəfəlik transfer edəcək.

 

Qeyd edək ki, Pedro Porro "Sportinq"ə mövsümün əvvəlində "Mançester Siti"dən keçib. Cinah oyunçusu Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti