"Klopp ispanca danışmır, mən də ingiliscə, bir-birimizi başa düşmürük"

14:30 - 3 Fevral 2023

"Liverpul"un hücumçusu Darvin Nunyes komandanın baş məşqçisi Yurgen Klopp ilə münasibətindən danışıb.

Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan uruqvaylı Kloppla bir-birini başa düşmədiyini bildirib:

"Klopp ispanca danışmır, mən də ingiliscə, ona görə bir-birimizi başa düşmürük. Amma “Liverpul”a gəldiyimdən bu yana mənə həmişə güvən verib. Düşünürəm ki, o, “Benfika”da olduğum müddətdə gördüklərini indi də görmək istəyir. Yaxşı oynadığımı düşünmürəm. Amma həmişə inkişaf etmək istəyirəm. Hər gün təkmilləşməyə çalışıram. Klopp bilir ki, mənim gücüm sürət, boş zonalara qaçmaqdır.

Bundan əlavə, o, mənə daha sakit olmağımı tapşırır, daha çox hərəkət etməli olduğumu deyir. Deməli, Klopp məndən məhz bunu istəyir. Əlbəttə ki, qol vurmağımı da istəyir(gülür)".

23 yaşlı forvard 2028-ci ilin iyunun 30-na qədər "Liverpul"a məxsusdur.

Xəbər xətti