"Beşiktaş" İtaliyadan müdafiəçi gətirir

13:25 - 8 Fevral 2023

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sampdoriya"nın mərkəz müdafiəçisi Omar Kollinin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə jurnalist Di Martsio məlumat yayıb.

 

"Qara qartallar" Qambiyalı futbolçu üçün İtaliya klubuna 2,5 milyon avro ödəyəcək. "Beşiktaş" 32 yaşlı müdafiəçini tibbi müayinədən keçirdikdən sonra onunla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Omar Kolli "Sampdoriya"ya 2018-ci ilin yayında "Genk"dən transfer olunub. Təcrübəli futbolçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 18 matçda 1 qol vurub.

Xəbər xətti