Fransa Futbol Federasiyası Ramazanda matçlara fasilə verilməsinə qarşı çıxdı

16:37 - 31 Mart 2023

Fransa Liqa 1 oyunları Ramazan ayı boyunca müvəqqəti dayandırılmayacaq.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası matçların müvəqqəti olaraq bir neçə dəqiqəlik dayandırılmasına icazə verməyib.

Bu qadağanı pozan şəxslər isə intizamsızlığa görə cərimələnəcək.

İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasında isə matçlar iftar saatı ilə üst-üstə düşdükdə, müsəlman futbolçuların oruclarını açması üçün müəyyən pauzaların olmasına icazə verilib.

Xəbər xətti