"Şamaxı" "Qarabağ"ın qarşısına ciddi itkilərlə çıxır

10:06 - 2 Aprel 2023

"Şamaxı" Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda lider "Qarabağ"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Şirvan bölgəsi təmsilçisi bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Kapitan Elvin Məmmədov cəzalıdır. Hücumçu Emin Zamanov uzun müddətdir zədəlidir.

"Şamaxı"nın digər hücumçusu Kamran Quliyev isə "Qarabağ"la oyundan əvvəl sıradan çıxıb. 23 yaşlı forvard bu görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Şamaxı" - "Qarabağ" qarşılaşması bu gün saat 15:30-da Şamaxı Şəhər Stadionunda baş tutacaq.

Xəbər xətti