Avropa Liqasını qazanan baş məşqçinin müqaviləsi uzadıldı

16:53 - 6 İyun 2023

İspaniyanın "Sevilya" klubu baş məşqçi Xose Luis Mendilibarın gələcəyi ilə bağlı qərar qəbul edib.

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi 62 yaşlı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli məşqçinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Xose Luis Mendilibarbu ilin mart ayında "Sevilya"nın baş məşqçisi postuna təyin olunub. Komanda onun rəhbərliyi altında Avropa Liqasının qalibi olub.

Xəbər xətti